Avoliqada Estoniyanın "Trans" klubu ilə qarşılaşacaq olan "İnter"in oyununu idarə edəcək hakimlər məlum olub.
Korner.az-ın məlumatına görə, iyulun 12-də “Dalğa Arena”da keçiriləcək cavab matçının baş hakimi şotlandiyalı Kevin Klansi təyin olunub. “İnter”in Estoniyada iyulun 5-də keçirəcəyi ilk oyun isə belçikalı Aleksandr Boukata tapşırılıb.