"Bu gecə mənim gecəm idi. Karyeramın ən yaxşı gününü yaşadığımı düşünürəm. Ancaq bazar günü keçirəcəyimiz final görüşü daha gözəl olacaq. Həlledici matçda yaxşı oynayacağımı düşünmürəm, əsas odu ki, qələbə qazanaq".
Korner.az-ın məlumatına görə, bu sözləri İtaliya millisinin futbolçusu Mario Balotelli deyib.
Hücumçu vurduğu qolları anasına həsr etdiyini bildirərək, İspaniya ilə final oyunundan danışıb:
"Anam yaşlıdı və stadionda olduğunu bilirdim. Onun üçün qol vurmaq istədim, buna nail oldum. Bazar günü İspaniya ilə oyuna atam da gələcək və mən yenə qol vurmaq istəyirəm.
İspaniyadan qorxmuruq. Onların necə oynadığını görmüşük. Rəqibi necə məğlub edəcəyimizi bilirik. İnanıram ki, finalı biz qazanacağıq".
