“İnter Mayami”nin Suarez planı suya düşdü
27.07.2023 , 15:13

Luiz Suarezi transfer etmək istəyən “İnter Mayami”nin istəyi nəticəsiz qalıb.
Korner.az xəbər verir ki, “Qremio” klubu “İnter Mayami”nin təklifini geri çevirib.
ABŞ klubu uruqvaylı futbolçu ilə şəxsi razılıq əldə etsə də, Brazilya klubu transfer təklifini qəbu etməyib.
Qeyd edək ki, Suarez bu mövsüm “Qremio” forması ilə çıxdığı 31 oyunda 13 qol, 9 asist ilə yadda qalıb.
