Rebiç “Beşiktaş”a keçir?
27.07.2023 , 15:26

Transfer işlərinə davam edən “Beşiktaş” daha bir futbolçunun keçidini hell etməyə çalışır.
Korner.az xəbər verir ki, “ağ-qaralar”ın bu dəfəki hədəfi “Milan”nın futbolçusu Ante Rebiçdir.
Rebiçlə hər məsələdə anlaşan “Beşiktaş” İtaliya nəhəngi ilə də razılığa gəlib.
29 yaşlı hücumçunun gələn həftə müqavilə bağlamaq üçün İstanbula gəlməsi gözlənilir.
Mina Musayeva
