"İnter" komandası heyətinə yeni futbolçu cəlb edib.
Korner.az-ın məlumatına görə, bu Braziliyanın "Sau Paulo" komandasının şərəfini qoruyan Lukas Mouradır. "Real" (Madrid), "Mançester Yunayted" kimi klubların maraq dairəsində olan 19 yaşlı futbolçu İtaliya təmsilçisi ilə müqavilə bağlayıb.
Bu transfer milanlılara 27 milyon avroya başa gəlib.
