Kamran Ağayev ilə "Neftçi" arasında danışıqlar getdiyi gündəmə gəlib.
Gündüz Abbaszadə isə Korner.az-a açıqlamasında bu xəbəri təkzib etdi: "Hal-hazırda "Neftçi" heç bir qapıçı ilə maraqlanmır və danışıqlar aparmır. Bizim komandanın serbiyalı qapıçısı var. Bundan başqa, gənc və perspektivli Emil Balayev heyətimizdədir. Biz onlara güvənirik."