İngiltərə Premyer Liqasında 36-cı tura yekun vurulub. Korner.az-ın məlumatına görə, son oyun günündə iki prinsipial rəqib "Mançester Siti" və "Mançester Yunayted" üz-üzə gəlib. Mançester derbisində "qırmızı şeytanlar" qalib gələcəyi hal da, çempionluqu böyük ölçüdə həll etmiş olacaqdı. Lakin Mançininin rəhbərlik etdiyi komanda isə özündən 3 xal qabaq rəqibini yenməklə liderlik kürsüsünə keçəcəkdi.
Matçda bir qol vurulub və "şəhərlilər"in futbolçusu Kompani birinci hissənin sonlarında komandasına lazım olan 3 xalı qazandırıb.
Bu qələbə sayəsində xalını "Mançester Yunayted"lə bərabərləşdirən "Mançester Siti" yenidən turnir cədvəlinin zirvəsinə yüksəlib.