big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qəbələ”də daha bir rekord qırıldı

01.05.2012 , 05:52

"Qəbələ”nin futbolçusu Elnur Mustafazadə klubun tarixinə düşüb.

Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Premyer Liqanın XXX turunun “Bakı” ilə qarşılaşmasının 78-ci dəqiqəsində meydana daxil olan "Qəbələ" Futbol Akademiyasının yetirməsi klub tarixinin ən gənc oyunçusu olub.

1995-ci il sentyabrın 14-də anadan olan Elnur aprelin 29-dakı matçda heç 17 yaşı olmamış iştirak edib. 16 yaş 7 ay 25 günlüyündə “Qəbələ”də debüt edən Mustafazadə klub rekordunu yeniləyib. O, 7 illik rekordu arxada qoyub.

Belə ki, “Qəbələ”nin rekordu 2005-ci ildə qeydə alınmışdı. Komanda Xanları təmsil edib “Göy-Göl” adlandığı vaxt keçirdiyi ilk qarşılaşmada Elnur Allahverdiyev debüt etmişdi. 2005-ci il sentyabrın 21-də birinci dəstənin ilk turunun “Şərur”la oyununda meydana çıxan gənc futbolçu 17 yaş 7 günlüyündə buna nail olmuşdu. 1988-ci il sentyabrın 14-də anadan olan Elnurun rekordu yalnız 7 ildən sonra Premyer Liqada qırıldı. Maraqlısı odur ki, Elnurun rekordunu elə adaşı Elnur qırdı.

Sözügedən 2 futbolçudan başqa daha 1 oyunçu 18 yaşı tamam olmamış “Qəbələ”nin heyətində rəsmi matça çıxıb. Bu, Mustafazadəyə qədər Premyer Liqa oyunlarında “Qəbələ” forması geymiş ən gənc futbolçu olan Nuran Qurbanovdur. 1993-cü il avqustun 10-da anadan olan futbolçu ötən mövsüm komandada debüt edib. O, 2011-cu fevralın 27-də “Gəncə” ilə qarşılaşmada meydana çıxanda 17 yaş 6 ay 19 günlüyündə olub.

Qeyd edək ki, komandanın daha 2 üzvü Tarzin Cahangirov və Amil Yunanov 18 yaşını qeyd etdikdən sonra meydana çıxıblar.

Son yazılar

To Top