İngiltərə klubunun yeni transfer hədəfi
04.04.2024 , 23:26

“Mançester Yunayted”in yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, klub “Vulverhempton”dan müdafiəçi Maks Kilmanı heyətinə qatmaq istəyir.
İngiltərə təmsilçisi bununla müdafiədə olan problemi həll edəcəyini düşünür.
Futbolçunun transfer qiyməti isə 35 milyon avrodur.
