Romeu “Beşiktaş”a keçir?
04.04.2024 , 23:10

“Beşiktaş” “Barselona”nın yarımmüdafiəçisi Oriol Romeu üçün elçi düşüb.
Korner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Klub futbolçunu transfer etmək istəyib.
“Beşiktaş”ın qarşı tərəfə 3 milyon avro dəyərində təklif göndərdiyi, lakin “Barselona”nın bunu qəbul etmədiyi bildirilib.
