“Liverpul” darmadağınla başladı, “şəhərlilər” paytaxtdan 3 xalla dönür
12.08.2018 , 23:52

İngiltərə Premyer Liqasında yeni mövsümə start verilib. Turun ilk görüşündə “Mançester Yunayted” “Lester”lə qarşılaşıb. Üç qolun qeydə alındığı oyunda “qırmızı şeytanlar” çətinliklə də olsa, qalib gələ biliblər.
Şənbə günü daha altı qarşılaşma baş tutub. “Tottenhem” səfərdə “Nyukasl”a çətinliklə qalib gəlib. “Çelsi” isə “Haddersfild”lə səfər oyununda darmadağına sevinib.
“Bornmut” evdə “Kardiff Siti”ni, “Uotford” da “Brayton”u 2 cavabsız qolla yenib. “Fulhem” doğma meydanda “Kristal Pelas”a oxşar hesabla məğlub olub. “Vulverhempton” – “Everton” matçında isə qalib müəyyənləşməyib.
Turun mərkəzi görüşündə isə son çempion “Mançester Siti” “Arsenal”ın qonağı olub. Qonaqlar bu görüşdə iki cavabsız qolla qalib gəliblər. “Sauthempton” – “Bernli” matçında hesab açılmayıb. “Liverpul” isə doğma meydanda “Vest Hem”ə dörd cavabsız qol vurub.
İngiltərə Premyer Liqası, 1-ci tur
10 avqust
Mançester Yunayted – Lester 2:1
Qol: Poqba, 3. Şou, 83 – Vardi, 90.
11 avqust
Nyukasl – Tottenhem 1:2
Qol: Xoselu, 11 – Vertongen, 8. D.Alli, 18.
Bornmut – Kardiff Siti 2:0
Qol: Freyzer, 24. Vilson, 90.
Fulhem – Kristal Pelas 0:2
Qol: Şlupp, 41. Zaha, 79.
Haddersfild – Çelsi 0:3
Qol: Kante, 34. Jorjinyo, 45-pen. Pedro, 80.
Uotford – Brayton 2:0
Qol: R.Pereyra, 35; 54.
Vulverhempton – Everton 2:2
Qol: Neves, 44. R.Ximenes, 80 – Riçarlison, 17; 67.
12 avqust
Liverpul – Vest Hem 4:0
Qol: Salah, 19. Mane, 45; 53. Starric, 88.
Sautqempton – Bernli 0:0
Arsenal – Mançester Siti 0:2
Qol: Sterlinq, 14. B.Silva, 64.
