Premyer Liqanın IV turu çərçivəsində keçirilən "Qəbələ" – "Sumqayıt" qarşılaşmasından sonra baş məşqçilərin fikirləri belə olub.
Bernhard Raab ("Sumqayıt" klubunun baş məşqçisi): ""Qarabağ" məğlubiyyətindən sonra bu oyuna yaxşı hazırlaşmışdıq. İlk 30 dəqiqə yaxşı oynasaq da, çox asan qollar buraxdıq".
Fatih Kavlak ("Qəbələ" klubunun baş məşqçisi): "Yaxşı oyun keçdi. Bizim hədəfimiz yuxarı pillələrdə yer almaqdır. Heyətimiz də güclüdür. Ümid edirəm ki, hər şey yaxşı olacaq. "Sumqayıt"a da uğurlar arzulayıram".
