İlin ən yaxşı futbolçusu o seçildi
09.04.2024 , 15:29

Braziliya çempionatında ötən ilin ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, “Palmeyras”ın hücumçusu Endrikdi.
17 yaşlı gənc oyunçu mövsüm ərzində 53 oyun keçirib, 14 qol vurub və bir qolun ötürməsini verib.
