Futbol üzrə Azərbaycan birinci divizionunda 2-ci turn proqramı açıqlanıb. Korner.az– ın məlumatına görə, ikinci turun oyun cədvəli aşağıdakı kimidi.
Qeyd edək ki, turun ilk oyun günündə cəmi 1 görüş baş tutacaq. MOİK “Energetik”lə münasibətlərinə aydınlıq gətirəcək.
İkinci oyun günündə “Şahdağ” “Şəmkir”i, “Neftçala” “Göyəzən”i, “Qaradağ Lökbatan” isə “Şuşa”nı qəbul edəcək.
Nəhayət, son gündə “Bakılı” “Qala”, “Tərəqqi” “Ağsu” ilə üz-üzə gələcək.
Birinci divizion
2-ci tur
13 sentyabr (cümə axşamı)
MOİK – “Energetik”
Ədliyyə stadionu.
15 sentyabr (şənbə)
“Şahdağ” – “Şəmkir”
Şövkət Orduxanov adına Qusar şəhər stadionu.
“Neftçala” – “Göyəzən”
Neftçala şəhər stadionu.
“Qaradağ Lökbatan” – “Şuşa”
Lökbatan Olimpiya Kompleksinin stadionu.
16 sentyabr (bazar)
“Bakılı” – “Qala”
Zirə İdman Kompleksinin stadionu.
“Tərəqqi” – “Ağsu”
Gəncə şəhər stadionu.
Bütün qarşılaşmalar saat 17:00-da başlayacaq.
