big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“İki azərbaycanlı futbolçu dalaşanda…” – Tərlan Əhmədov

28.04.2018 , 14:34

Topaz Premyer Liqasında XXV turun “Keşlə” – “Neftçi” (2:1) oyunundan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Tərlan əhmədov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə görüş barədə fikirlərini bildirdi…

– Bu, komandaya gəldiyimdən bəri ən pis oyunumuz idi. Rəqibi təbrik edirəm. Komanda çox istəkli oynadı. Onların itirəcək heç nəyi yox idi. Onlar bacardıqları qədər çox xal toplamağa çalışırlar. Əsas diqqəti isə kuboka yönəldiblər. Buna görə də bir qədər sərbəstdilər. Bizim komandanın üzərində isə təzyiq var. Komandada istək görmədim. Bizə dəstək verən insanlardan üz istəyirəm. Qarşıda 3 oyunumuz var. Çalışacağıq ki, bunlardan maksimum nəticə ilə ayrılaq.

– Standart vəziyyətlərdə “neftçi”də problem görünür…

– Standart vəziyyətlər həmişə çətin olur. Tək bizə yox, hamı üçün. Bir də deyirəm, istək hər şeyi həll edir. Rəqib səndən daha istəklidisə, yaxşı nəticə qazanacaq.

– Daha çox Mirabdulla Abbasova etiraz edirdiz. Ümumiyyətlə, hücum xəttindən razısız?

– Son oyunlarda 3:0, 2:0 qalib gəlsək də, qolları yarımmüdafiəçilər, müdafiəçilər vurur. Hücumçular fərqlənə bilmir. Ola bilsin, arxayınçılıq da bunda rol oynayır. Qolların çoxunu yarımmüdafiəçilər vurursa, hücum xəttindən razı qala bilmərəm.

– Ruslan Abışov Vaqif Cavadova təpik atdığı epizoddan sonra iki futbolçu arasında gərginlik yaşandı. Daha sonra siz də məsələyə müdaxilə etdiz…

– Vaqif futbolçudu. O, mənim əlimin altında oynayıb. Onunla mübahisə etmirdim, sakitləşdirirdim. Futbol kişi oyunudu. Danışmaq nəyə lazımdı? Mən niyə onunla dava etməliyəm? Ona artıq-əksik heç nə deməmişəm. Orda hər nə olubsa, mənə maraqlı deyil. Ruslan təpik atıb, hakim “sarı”sını verib. Əsas budu. Bir də deyirəm, mən ona artıq-əksik heç nə deməmişəm. İki azərbaycanlı oyunçu dalaşanda, mənim əsəbimə toxunur. Düzdü, ehtiyat oyunçular skamyasına yaxınlaşdı, mən də ona “boş ver, oyununu oyna” dedim.

– Düşünmürsüz ki, “Neftçi”nin oyunçuları bu gün bir qədər aqressiv idi. Xüsusilə, Derlis Meza Kolli bir neçə epizodda kobud oynadı…

– Meza Kolli kimi hər oyuna istəklə çıxan futbolçu aqressiv olmalıdı. O, uduzmağı sevmir. Çox istəyərdim ki, bu səhvləri mənə qalib gəldiyim oyunlarda deyəsiz. Ancaq mən qalib gəldiyim zaman heç kim mənə belə suallar vermirdi. Təəssüf ki, uduzan kimi bu cür suallar verilir. Futbolda aqressiyanın da öz yeri var.

Son yazılar

To Top