İdmançılarımızın reytinqi açıqlandı
09.08.2022 , 16:35
Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə, milli komandaların idmançılarının 2022-ci ilin avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.
Korner.az xəbər verir ki, reytinqə bədii gimnastika üzrə qrup hərəkətləri komandası 435 xalla başçılıq edir.
İkinci yerdə ötən ay Misirin paytaxtı Qahirədə dünya ikincisi olan qılıncoynadan Anna Başta (330 xal) və üçüncü pillədə bədii gimnast Zöhrə Ağamirovadır (300 xal).