I Divizionda püşkatmanın vaxtı açıqlandı
09.08.2022 , 17:49

I Divizionda 2022/2023-cü illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, mərasim 11 avqust tarixində AFFA-nın inzibati binasında baş tutacaq. Saat 15:00-da başlanacaq tədbirə klub və KİV nümayəndələri dəvətlidir.
I Divizionda yeni mövsüm avqustun 24-də start götürəcək.
