İddia: Tərlan Əhmədov “Keşlə”nin məşqçisi olacaq
23.07.2018 , 13:14

Ötən mövsüm “Neftçi” ilə Topaz Premyer Liqasının bürünc medallarını qazanmasına baxmayaraq, işinə son verilən Tərlan Əhmədov yenidən karyerasını bərpa edə bilər.
Ukraynalı Yuri Maksimovun istefasından sonra Əhmədov “Keşlə”nin baş məşqçisi ola bilər. Tərəflər arasında danışıqların getdiyi gələn xəbərlər arasındadır.
Qeyd edək ki, Azərbaycanın sayılıb-seçilən futbolçularından olan Əhmədov baş məşqçi kimi AZAL və “Neftçi” klublarında fəaliyyət göstərib.
Mənbə: Futbol11.az
