Şeydayevin “Trabzonspor”da qalma şansları artıb
23.07.2018 , 13:10

Millimizin hücumçusu Ramil Şeydayevin “Trabzonspor”da gələcəyi sual altındadır. “Mattersburq”a keçidi alınmayan hücumçu komandasına geri dönmüşdü
Bir müddət öncə onun komandadan ayrılacağı ilə bağlı xəbər yayılsa da, 22 yaşlı hücumçunun “bordo-mavililər”də qalmaq şansı artıb.
Məşqlərdə özünü yaxşı göstərməyə başlayan forvard ötən gün ikitərəfli oyunda 5 qol vurmaqla baş məşqçi Ünal Karamanın planlarına düşməyi bacarıb. 52 yaşlı mütəxissis Şeydayevin komandaya fayda verə biləcəyini düşünür.
