İsveçli forvard Qvardiolanı məşqçi kimi bəyənir, insan kimi yox
Fransanın PSJ klubunun isveçli forvardı Zlatan İbrahimoviç sabi klubu olan "Barselona"nın keçmiş baş məşqçisi Pep Qvardiola haqda sərt fikirlər səsləndirib.
Korner.az-ın məlumatına görə, İbrahimoviç Pep haqda bunları deyib:
“Qvardiola fantastik çalışdırıcıdır. Ancaq insan olaraq Pep haqda eyni şeyləri söyləyə bilmərəm. Onu insan olaraq bəyənmirəm. Qvardiola adam deyil”.
Qeyd edək ki, 2009-cu ildə Katalonita təmsilçisinə transfer olunan Zlatan İbrahimoviç Qvardiola ilə münasibətləri korlandığı üçün bu klubdan ayrılmışdı.
