AVRO-2012-nin D qrupu oyununda Ukraynaya 2:1 hesabı ilə məğlub olan İsveçin ulduz futbolçusu oyunu dəyərləndirib.
Korner.az-ın məlumatına görə, məğlub olduqları matçda komandasının yeganə qolunu vuran İbra bunları deyib:
"Hələ də inana bilmirəm. İrəlidə olduğumuz, idarəsi bizdə olan oyunu ukranlara verdik. Belə olmamalı idi. Artıq qalan iki matçda qələbə üçün oynayacağıq".
