AVRO-2012-nin D qrupunda İsveçi 2:1 hesabı ilə məğlub edən Ukranların heyətində adını millinin tarixinə qızıl hərflərlə yazdıran Andrey Şevçenko vurduğu iki qolla komandasına qələbə gətirdi.
Korner.az-ın məlumatına görə, çətin keçən oyunun ardından Şeva maraqlı açıqlamalar verib:
"Özümü əla hiss edirəm. Bizim üçün tarixi bir matç idi. Sanki 20 yaşım var. Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Mənə dəstək olan hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Məncə daha da irəli gedəcəyik".