Hal-hazırda oynanan "Qalatasaray" – "Akhisar" matçında xoşagəlməz hadisə yaşanıb.
Korner.az-ın məlumatına görə, qarşılaşmanın hakimi Fırat Aydınus "Cimbomlu" futbolçu Felipe Melonu söyüb.
Oyunun ilk hissəsində "Qalatasaray"ın oyunçusu Melo qaydanı pozan zaman hakim Fırat Aydınusdan xəbərdarlıq alıb. Bu xəbərdarlığa braziliyalı futbolçu sözlə qarşılıq verib. Dialoqdan sonra qarşılaşmanın hakimi Aydınus Meloya təhqiredici söz deyib. Kameraya düşən bu hərəkət sosial şəbəkələrdə böyük narazıçılığa səbəb olub.
