“Barselona”nın ulduz futbolçusu Xavi Hernandez ingilis mətbuatına açıqlama verib.
Korner.az-ın məlumatına görə, Xavi açıqlamada karyerasının sonuna qədər “Barselona”da qalmaq istədiyini deyib.
İspan futbolçu bunları dilə gətirib: “Səmimi qəlbdən bu kluba bağlıyam. Futbol karyeramın axırına kimi “Barselona”da qalmaq istəyirəm. Burada oynaya bildiyim qədər oynamaq, sonra da məşqçi olmaq istəyirəm”