Haaland yeni rekorda yaxınlaşır
01.05.2023 , 13:51
“Mençester Siti”nin futbolçusu Erlinq Haaland yeni rekorda yaxındır.
Korner.az xəbər verir ki, futbolçu İngiltərə çempionatının 32-ci turunda “Fulhem”ə qarşı keçirilən (2:1) görüşün 3-cü dəqiqəsində fərqlənərək 34-cü qoluna imza atıb.
Bu göstərici ilə o, Endi Koul və Alan Şirerə çatıb.
Noveçli ulduz qol sayısını 35-ə çatdırarsa, İngiltərə Premyer Liqası tarixinə bir mövsümdə ən çox qol vuran bombardir kimi düşəcək.