“Qol görməsək də, maraqlı oyun oldu. Futbolçulara mövsüm sonunda bu cür hərəkətli və mübarizə dolu oyun göstərdikləri üçün təşəkkür etmək lazımdır".
Korner.az-ın məlumatına görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Premyer Liqanın bu gün keçirilən "İnter" – "Xəzər Lənkəran" (0:0) matçından sonra ev sahibi komandanın baş məşqçisi daha sonra bunları deyib:
"Hər oyun bizim üçün finaldır. Qarşıda iki çətin oyunumuz var. Bu oyunlarda maksimum səy göstərib Avroliqaya düşməyə çalışacağıq”