"Bizim üçün hər bir xalın önəmi var. Bu oyunda bir xal da bizi qane edirdi".
Korner.az-ın məlumatına görə, bu sözləri "Simurq" klubunun baş məşqçisi Georgi Çixradze deyib.
Gürcüstanlı mütəxəssis AZAL-la oyundan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı daha sonra bunları bildirib: "Turnir cədvəlindəki vəziyyətimiz və elitada qalmağımız üçün hər bir xalın böyük əhəmiyyəti var. Oyunun çətin keçəcəyini bilirdik. Çox gərgin oyunun şahidi olduq”.
