"Qalatasaray" – "Real"da (Madrid) çıxış edən Həmit Altıntop ilə ilkin razılığa gəlib.
Korner.az-ın məlumatına görə, Super Liqada çempionluğa addım-addım irəliləyən "sarı-qırmızılar" bir yandan da gələn mövsüm üçün heyətini formalaşdırmağa çalışır. Bununla belə "Cim-Bom" "Real"dan Həmit Altıntop transferi üçün razılıq əldə edib. Qeyd edək ki, Altıntopun "kral klubu"nun heyətində meydana nadir hallarda çıxması transferin baş tutma ehtimallarını artıran amillərdən biridir.
