Çempionlar Liqası yarımfinal ilk görüşündə "Barselona"nı doğma divarlar arasında 1:0 hesabı ilə məğlub edən "Çelsi" komandasının qapıçısı Petr Çex maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, "Stemford Blic"dəki performanslarını "Nou Kamp"da da göstərmək istədiklərini deyən qolkiper sözlərinə bu cür davam edib: "Barsa"dan əsla qorxmuruq. Bundan əvvəl də katalonları məğlub etməyi bacarmışdıq. Ancaq mərhələni keçməkdə çətinlik çəkmişdik. Səfərdə qol vurub işimizi qaranti altına almaq istəyirik. İnanıram ki, növbəti mərhələyə yüksələcəiyik."
