Həftənin ən yaxşısı kim olacaq? – Namizədlər
11.04.2024 , 11:02

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin oyunçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında “Mançester Siti”dən Fil Foden, “Arsenal”dan Martin Edeqor, “Barselona”dan Rafinya və “Atletiko”dan Antuan Qrizmann yer alıb.
Qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində məlum olacaq.
