“Bavariya”da ciddi itki
11.04.2024 , 11:55
“Bavariya”nın zədəli futbolçusu Serj Qnabridən xəbər var.
Korner.az xəbər verir ki, oyunçunun son durumu məlum olub.
“Arsenal”la oyunda ayaq əzələsindən zədə alan almaniyalı vinger 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Serj Qnabri bu mövsüm “Bavariya”nın heyətində 17 rəsmi matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.