Həftənin ən yaxşısı kim olacaq?
18.04.2024 , 12:27

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında Dortmund “Borussiya”sından Yulian Brandt, “Barselona”dan Osman Dembele, “Bavariya”dan Yozua Kimmix və “Real”dan Federiko Valverde yer alıb.
Qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
