Milli Belarusa yollanacaq
18.04.2024 , 11:03
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası aprelin 22-dən 28-dək Belarusun paytaxtı Minsk şəhərində təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək.
Korner.az xəbər verir ki, İlham Yadullayevin rəhbərlik etdiyi kollektiv Belarus, Özbəkistan və Tacikistan yığmaları ilə qarşılaşacaq.
Oyunların təqvimini diqqətinizə çatdırırıq:
23 aprel
Belarus U-17 – Azərbaycan U-17
“ABFF Technical Center”. Saat 19:00
25 aprel
Azərbaycan U-17 – Özbəkistan U-17
“ABFF Technical Center”. Saat 16:00
28 aprel
Azərbaycan U-17 – Tacikistan U-17
“ABFF Technical Center”. Saat 13:00