Gənc oyunçu Avropa klublarının hədəfində
24.04.2024 , 18:24

“Göztəpə”nin gənc müdafiəçisi Taha Altıkardeş Avropa klublarının transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, onunla Fransanın “Lion”, Belçikanın “Anderlext” və Hollandiyanın “Feyenoord” klubları maraqlanır.
“Göztəpə” rəhbərliyi mövsüm bitməmiş heç bir görüşü rəsmiləşdirməyəcəyini qeyd edib.
20 yaşlı Tahanın hazırda bütün diqqətini komandada cəmlədiyi və heç bir klubla əlaqə saxlamadığı bildirilir.
Cari mövsümdə 28 liqa matçında forma geyinən gənc müdafiəçi 2370 dəqiqə meydanda olub və 3 dəfə fərqlənib.
