“Beşiktaş”dan gedir
24.04.2024 , 18:30

“Beşiktaş”ın mövsümün əvvəlində heyətinə qatdığı Aleks Oksleyd-Çemberlen üçün sürpriz talib çıxıb.
Korner.az xəbər verir ki, futbolçu “Sauthempton” yaxından maraqlanır.
Zədələrinə görə Super Liqa klubunda istədiyini tapa bilməyən Aleks Oksleyd-Çemberlenin yenidən ölkəsində top oynamaq istədiyi üçün bu təklifi müsbət qarşılayacağı gözlənilir.
Bu mövsüm “Beşiktaş”ın heyətində 25 rəsmi oyuna çıxan Aleks Oksleyd-Çemberlen bu matçlarda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.
