"Gərgin oyun keçdi. Biz bilirdik ki, “Simurq” son oyunlarda yaxşı oyun göstərir və uğurlu nəticələr əldə edir".
Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.
"Simurq"la oyundan sonra (0:0) keçirilən mətbuat konfransında çalışdırıcı 0:0 hesabının ədalətli nəticə olduğunu bildirib: "Onların güclü müdafiə xətti var və bizim futbolçuların fərdi ustalıq səviyyəsi bu müdafiəni yarmağa çatmadı. Gənc futbolçuların səviyyəsi imkan vermir ki, istədiyimiz oyunu keçirək. Oyun ədalətli nəticə ilə başa çatdı".