Futbol üzrə Fransa çempionatında 3-cü turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, ikinci oyun günündə 6 görüş baş tutub.
Lider PSJ bu tur səfərdə "Evian"la sülh bağlayıb. "Bastiya" "Tuluza"nı, "Lill" "Loryan"ı, "Monpelye" isə "Mets"i məyus edib. "Genqam" evdə Marsel "Olimpik"inə, "Nitsa" "Bordo"ya, "Reyms" isə "Kan"a uduzub.
Turun qalan oyunları bu gün keçiriləcək.
Fransa, Liqa 1
3-cü tur
22 avqust
Evian – PSJ – 0:0
23 avqust
Genqam – Olimpik (Marsel) – 0:1
Qol: Jijnyak, 46.
Bastiya – Tuluza – 1:0
Qol: Budebuz, 24-pen.
Lill – Loryan – 2:0
Qollar: Delapleys, 58, Kyaer, 74.
Monpelye – Mets – 2:0
Qollar: Tyene, 44, Kamara, 89.
Matçın 29-cu dəqiqəsində qonaqların heyətində Lejeune penaltidən fərqlənə bilməyib
Nitsa – Bordo – 1:3
Qollar: Bosetti, 11 – Diabete, 33-pen, Belay, 47, Sertç, 55.
Reyms – Kan – 0:2
Qollar: Kante, 83, Bazile, 90.
24 avqust
17:00. Olimpik (Lion) – Lans
20:00. Sent Etyenn – Renn
00:00. Nant – Monako
