Premyer Liqanın 3-cü turu çərçivəsində keçirilməli olan AZAL – “Neftçi” görüşü təxirə salındığından “təyyarəçilər” yoxlama oyunu keçirib.
Korner.az-ın məlumatına görə, rəqib əvəzedici komanda olub. “AZAL Arena”da keçirilən matç əsas komandanın qələbəsi ilə yekunlaşıb – 5:0. Qolları Con Enrike Kordoba (2), Təmkin Xəlilzadə (2) və Viktor İqbekoyi vurub.
Qeyd edək ki, bu gün istirahət edəcək komanda bazar ertəsindən etibarən 4-cü tur çərçivəsində qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlıqlarına start verəcək.(klub saytı)
