Fransa klubunda yeni müdafiəçi
15.07.2023 , 15:38

“Atletiko”nun müdafiəçisi Renan Lodininin “Marsel”ə keçidi rəsmiləşib.
Korner.az xəbər verir ki, bu barədə Fransa klubunun saytı məlumat yayıb.
25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Marsel”in bu keçidə görə Madrid klubuna 13 milyon avro ödədiyi bildirilib.
