Super Liqa klubundan iki yeni transfer
15.07.2023 , 16:20

“Antalyaspor” növbəti transferlərini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi Polşanın “Lexiya” (Qdansk) klubundan Yakub Kaluzinskini, “Sivasspor”dan Ərdoğan Yeşilyurtu transfer edib.
29 yaşlı Ərdoğanla 3, 20 yaşlı Yakubla 3+1 illik müqavilə imzalanıb.
