Almaniya milli komandasının kapitanı Filip Lam İtaliya qarşısında aldıqları məğlubiyyəti dəyərləndirib.
Korner.az-ın məlumatına görə, bütün ümidlərinin puç olduğunu vurğulayan müdafiəçi, acı məğlubiyyət aldıqlarını bildirib.
"Əlbətdə çox üzücü məğlubiyyət oldu. Bu da sadəcə və sadəcə biz futbolçuların günahıdır. Çünki çox qəribə səhvlərə yol verdik. İkinci yarıda əlimizdən gələn hər şeyi etdik, lakin qol çox gec gəldi. Yaxşı potensiyalımız var təəssüf ki, bundan istifadə edə bilmədik".
