FİFA və UEFA-nın təbii və süni ot örtüyü üzrə mütəxəssisi Markus Keller ölkəmizə növbəti dəfə səfərə gəlib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iki günlük səfər çərçivəsində mütəxəssis AFFA tərəfindən Bayıl qəsəbəsində inşa olunmuş stadionun ot örtüyünün qəbul prosesində iştirak edəcək və eyni zamanda FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin oyunlarının və məşqlərinin keçiriləcəyi digər stadionların ot örtüyünə baxış edəcək.
