FİFA-nın daha bir vitse-prezidenti Azərbaycana gəlib. Korner.az- ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, ali futbol qurumunun İcraiyyə Komitəsinin (İK) üzvü İssa Hayatou artıq Bakıdadır.
Bu, FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı qurumun rəsmilərinin ölkəmizə səfərlərinin davamıdır. Belə ki, FİFA-nın vitse-prezident postunda və İK-da yer alan digər şəxs – David Chungun da ölkəmizə səfəri başlayıb. O, eyni zamanda Okeaniya Futbol Konfederasiyasının prezidentidir.
