Hollandiyanın məşhur “Feyenoord” klubunun və Serbiya Futbol Federasiyasının rəsmiləri Azərbaycana gəlib. Korner.az-ın məlumatına görə, klub akademiyasının direktoru Stenli Brard və federasiyanın vitse-prezidenti Draqan Corceviç mayın 31-də 15 yaşadək futbolçular arasında start götürən I Qəbələ turnirin qonaqları sırasındadırlar.
Onlar turnirin qonaqları sırasında yer alacaqlar. Yarışı ölkəmizin tanınmış futbol adamları və AFFA rəsmiləri də izləyəcəklər.
Qeyd edək ki, 8 komandanın iştirakı ilə keçirilən turnir iyunun 3-də yekunlaşacaq.
