big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

İdman mərc oyunları ilə bağlı qaydalar dəyişdi

31.05.2012 , 05:43

Tazı (ov itləri) yarışları ilə bağlı qaydalar da müəyyənləşib

Nazirlər Kabineti “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası”nın və “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarında dəyişikliklər edib.

Korner.az-ın məlumatına görə, dəyişikliyə əsasən iştirakçıdan müəyyən bir futbol oyununda hər iki komandanın qol vuracağı (“Qarşılıqlı qol var”) və ya iki komandadan birinin və ya hər ikisinin qol vurmayacağı (“Qarşılıqlı qol yoxdur”) ilə bağlı proqnoz verməsi tələb olunur.

Qol vuran komanda və ya komandalar riskin idarə edilməsi mərkəzi tərəfindən oyunun normal müddəti başa çatdıqda, əldə edilən nəticəyə əsaslanaraq rəsmi elan olunan komandalardır. Hər hansı bir oyun hər iki komanda qol vurduqdan sonra ikinci hissənin başlanmasından əvvəl təxirə salınarsa və təxirə salındığı dəqiqədən etibarən oyunun normal başa çatma vaxtına qədər olan müddət Oyun Proqramında rəsmi olaraq müəyyənləşdirilən gündən sonrakı təqvim günü ərzində (oyunun keçirildiyi ölkənin yerli vaxtı ilə) oynanılmazsa, “Qarşılıqlı qol var” mərci uduş məbləğini almağa haqq qazanır, “Qarşılıqlı qol yoxdur” mərci uduzur.

Hər hansı bir oyun ikinci hissənin başlanmasından əvvəl təxirə salınarsa və iki komandadan ən azı biri tərəfindən qol vurulmamışdırsa və təxirəsalma anından yarışın normal müddətinin sonuna qədər qalan hissəsi proqramda rəsmi olaraq müəyyən edilən gündən sonrakı təqvim günü ərzində (oyunun keçirildiyi ölkənin yerli vaxtı ilə) oynanılmazsa, “Qarşılıqlı qol var / Qarşılıqlı qol yoxdur” mərci üçün hər cür nəticə proqnozuna bir (1,00) əmsalı verilir. Hər hansı bir oyun ikinci hissənin başlanmasından sonra təxirə salınarsa və oyunun qalan hissəsi proqramda rəsmi olaraq müəyyənləşdirilən gündən sonrakı təqvim günü ərzində (oyunun keçirildiyi ölkənin yerli vaxtı ilə) oynanılmazsa, oyunun təxirə salındığı andakı nəticə əsas götürülərək, bu mərci qazanan nəticə müəyyən edilir. Hər hansı bir oyun təxirə salınarsa, yenidən oynanılarsa və proqramda rəsmi olaraq müəyyən edilmiş gündən sonrakı təqvim günü ərzində (oyunun keçirildiyi ölkənin yerli vaxtı ilə) başa çatarsa, bu mərci qazanan nəticə oyunun yekun nəticəsinə əsaslanaraq müəyyən edilir. Hər hansı bir oyun ləğv edilərsə və ya təxirə salınarsa və Oyun Proqramında rəsmi olaraq müəyyənləşdirilən gündən sonrakı təqvim günü ərzində (oyunun keçirildiyi ölkənin yerli vaxtı ilə) oynanılmazsa və ya hansı komandanın ev sahibi, hansı komandanın qonaq komanda olması barədə dəyişiklik edilərsə və ya proqram elan olunduqdan sonra rəqiblərdən biri dəyişərsə, iştirakçıların “Qarşılıqlı qol var / Qarşılıqlı qol yoxdur” mərcləri qəbul edilir, lakin əmsal bir (1,00) olur.

İştirakçıdan müəyyən bir futbol oyununun nəticəsini proqnoz etməklə oyunun yekun nəticəsinə və ya qalan hissəsinin nəticəsinə mərc qoyuluşu etməsi tələb olunur. ,u mərc növündə mərcin ləğv edilməsinə icazə verilmir. Canlı mərclər yarışın başlama vaxtından bir neçə dəqiqə əvvəl ilkin əmsallar hər hansı mümkün şəkildə elan edildikdən sonra qüvvəyə minir və (uzatma müddəti və on bir metrlik cərimə zərbələrinin vurulması istisna olmaqla) oyunun normal vaxtının başa çatması ilə yekunlaşır. Bu oyunla əlaqədar mərclərin qüvvədə olacağı və qiymətləndiriləcəyi başqa bir müddət müəyyən ediləcəksə, bu, Riskin idarə edilməsi mərkəzi tərəfindən müəyyən olunur və Oyun Proqramında öz əksini tapır. Proqramda başqa şərtlər irəli sürülmədikdə bu mərclə bağlı proqnozlar digər yarışlar və ya mərc növləri ilə bağlı proqnozlarla birləşdirilə bilməz. Oyunun normal müddəti ərzində əldə edilmiş yekun nəticəyə əsasən, Riskin idarə edilməsi mərkəzi tərəfindən rəsmi olaraq elan edilmiş nəticə yekun nəticə sayılır. Bir futbol oyununun qalan hissəsi ilə əlaqədar əldə edilmiş nəticə oyunun təşkilatçısı tərəfindən rəsmi olaraq elan edilən oyunun qəti nəticəsinə əsasən Riskin idarə edilməsi mərkəzi tərəfindən müəyyən edilir. Uzatma müddəti və on bir metrlik cərimə zərbələrinin vurulması bu mərclərdə nəzərə alınmır. Hər hansı bir oyun ikinci hissənin başlanmasından əvvəl təxirə salınarsa və təxirə salındığı andan oyunun normal vaxtının qalan hissəsi üç saat ərzində oynanılmazsa, oyunçuların son nəticəyə dair mərcləri, yaxud futbol matçının qalan hissəsinin sonuna qoyulmuş mərcləri qəbul olunur, ancaq əmsal bir (1,00) qəbul edilir. Hər hansı bir oyun ikinci hissədə təxirə salınarsa və oyunun qalan hissəsi üç saat ərzində davam etdirilməzsə, oyunun təxirə salındığı andakı nəticə yekun nəticə sayılır.

İştirakçıdan bir futbol oyunu ərzində mərc qoyulduqdan sonra növbəti topu qapıya hansı komandanın vuracağını proqnoz etməsi və oyun oynanıldıqda mərc qoyuluşunu həyata keçirməsi tələb olunur. Bu mərc növündə mərcin ləğv edilməsinə icazə verilmir. Canlı mərclər yarışın başlama vaxtından bir neçə dəqiqə əvvəl ilkin əmsallar hər hansı mümkün şəkildə elan edildikdən sonra qüvvəyə minir və (uzatma müddəti və on bir metrlik cərimə zərbələrinin vurulması istisna olmaqla) oyunun normal vaxtının başa çatması ilə yekunlaşır. Bu oyunla əlaqədar mərclərin qüvvədə olacağı və qiymətləndiriləcəyi başqa bir müddət müəyyən ediləcəksə, bu, Riskin idarə edilməsi mərkəzi tərəfindən müəyyən olunur və Oyun Proqramında öz əksini tapır. Proqramda başqa şərtlər irəli sürülmədikdə, bu mərclə bağlı ehtimallar başqa təşkilat və ya mərc növləri ilə birləşdirilə bilməz.

Bu mərc növündə qalib gələn oyun nəticəsi, oyunu təşkil etmiş rəsmi orqanın (oyun zamanı yaranmış) hesabla əlaqədar verdiyi rəsmi açıqlamalarına əsasən, Riskin idarə edilməsi mərkəzi tərəfindən müəyyən ediləcək. Oyun mərclər qəbul edilən zaman təxirə salınarsa, növbəti topu qapıya hansı komandanın vuracağı barədə mərc qoyuluşu edən iştirakçıların mərcləri qəbul olunacaq, ancaq əmsal bir (1,00) qəbul ediləcəkdir. Futbol yarışının ümumi nəticəsi və ya yarışın geri qalan hissəsinin nəticəsi və bir futbol yarışı oynanıldığı zaman növbəti qolu hansı komandanın vuracağı ilə əlaqədar qoyulan canlı mərclərdən başqa, idman yarışlarında meydana gələn hadisələr, şərait və nəticələr ilə əlaqədar canlı mərc qoyuluşu:

İştirakçıdan idman yarışlarında meydana gələn hadisələr, şərait və nəticələr ilə əlaqədar mərc növlərindən birində (konkret bir limitdən "Alt/Üst" vurulan qol sayı, qırmızı kartın olub-olmadığı, müəyyən bir limitin altında və ya üstündə sarı, ya da qırmızı kart olub-olmayacağı, vurulan toplam qolun bir limitin altında, ya da üstündə olub-olmadığı və buna bənzər mərclər) qalib gələn nəticə və ya nəticələri proqnoz etməsi və bununla əlaqədar olan mərcin qoyuluşunu müəyyən edən oyunun oynanıldığı zaman həyata keçirməsi tələb olunur. Əlaqədar əməliyyat, qalib gələn nəticənin hansı meyarlar nəzərdə tutularaq müəyyən ediləcəyi, təqdim olunan mərc növü və lazımi məlumatlar proqramda göstərilir. Futbol yarışının ümumi nəticəsi və ya yarışın geri qalan hissəsinin nəticəsi, ya da bir futbol yarışının oynanılması zamanı növbəti qolu hansı komandanın vuracağı ilə əlaqədar canlı mərc oyunları üçün ilkin olaraq əlaqədar oyun qaydaları qüvvədədir. Bu mərc növündə mərcin ləğv edilməsinə icazə verilmir. Canlı mərclər yarışın başlama vaxtından bir neçə dəqiqə əvvəl ilkin əmsalların hər hansı mümkün şəkildə elan edilməsi ilə başlanır. Mərcin qüvvədə olacağı və qiymətləndiriləcəyi qəti müddət Riskin idarə edilməsi mərkəzi tərəfindən müəyyən edilir;

Proqramda başqa hal nəzərdə tutulmayıbsa, bu mərclə bağlı ehtimallar başqa turnir və ya mərc növləri ilə birləşdirilə bilməz. Bu mərc növündə qalib gələn oyun nəticəsi, oyunu təşkil etmiş qurumun (oyun zamanı yaranmış) hadisələr, şərait və nəticələr ilə əlaqədar verdiyi rəsmi açıqlamalara əsasən Riskin idarə edilməsi mərkəzi tərəfindən müəyyən ediləcək. Yarış mərclər qəbul edilən zaman təxirə salınarsa və 3 (üç) saat ərzində tamamlanmazsa və ya yarışın davam etdirilməsi və tamamlanması zamanı nəticənin, ya da hesabın dəyişmə ehtimalı varsa, başqa ifadə ilə, təxirəsalma anında hər hansı bir nəticə / nəticələr yoxdursa, bu yarış üzrə bütün proqnozlara bir (1,00) əmsalı verilir. Bu tənzimləmə təxirəsalma halında bütün idman yarışları ilə əlaqədar edilən hər növ mərc qoyuluşlarına şamil olunur.

“İndikar” avtomobil yarışının qalibinə gəlincə, iştirakçıdan hər hansı bir “İndikar” avtomobil yarışında qalib gələcək sürücünü proqnoz etmək tələb olunur. Riskin idarə edilməsi mərkəzi mümkün olan hər hansı üsulla bu mərc növünün keçirilməsi üçün lazım olan iştirakçı sayını (“İndikar” avtomobillərinin sayını) elan edir. Oyunçuların (avtomobillərin) yarışı hansı yerdə tamamlaması yarışın təşkilatçısı tərəfindən elan edilmiş hesabata görə müəyyənləşdirilir. Oyunçuların (avtomobillərin) yarışı hansı yerdə bitirdiyi rəsmi şəkildə elan olunduqdan sonra edilən dəyişikliklər nəzərə alınmır. Birinci yerə birdən artıq oyunçu (avtomobil) qalib kimi çıxarsa, onların hər birinə oynanmış mərc, oyunçuların (avtomobillərin) sayına uyğun olaraq bölüşdürülür. Hər hansı bir yarışın ləğv edilməsi, başqa vaxta keçirilməsi və ya təxirə salınması halında bu yarışlara verilmiş proqnozlara bir (1,00) əmsalı verilir. İştirakçının proqnozlarına daxil edilmiş hər hansı bir oyunçunun (avtomobilin) yarışdan çıxması halında belə yarışdan çıxmış oyunçu (avtomobil) ilə əlaqədar bütün mərclər üçün bir (1,00) əmsalı verilir.

Bir “İndikar” avtomobil yarışında bir oyunçunun birinci, ikinci və ya üçüncü yerə çıxması üçün iştirakçıdan hər hansı bir “İndikar” avtomobil yarışında birinci, ikinci və ya üçüncü yerləri tutacaq oyunçunu (avtomobili) müəyyən etmək tələb olunur. Proqramda başqa şərtlər irəli sürülmədikdə, bu mərc növü, ümumiyyətlə “Qalib” kombinasiyası şəklində yerinə yetirilir. Riskin idarə edilməsi mərkəzi, bu mərc növünün təşkil edilməsi üçün lazım olan minimum oyunçu sayını bütün mümkün üsullarla elan edir. Riskin idarə edilməsi mərkəzi ayrıca mükafat veriləcək yerlərin sayını və “Winner/Qalib” (bu Qaydaların 10.9.1-ci yarımbəndi) mərc növündəki proqnozlara əsaslanaraq mərclərin hesablanma üsullarını müəyyən edir. Oyunçuların (avtomobillərin) yarışı hansı yerdə tamamlaması yarışın təşkilatçısı tərəfindən elan edilmiş hesabata görə müəyyənləşdirilir. Oyunçuların (avtomobillərin) yarışı hansı yerdə bitirdiyi rəsmi şəkildə elan olunduqdan sonra edilən dəyişikliklər nəzərə alınmır. Bu mərc növündə birdən artıq oyunçu (avtomobil) yarışı eyni zamanda və ya mükafata haqq qazanan yerdə tamamlayarsa (mükafat qazanmış oyunçuların ümumi sayı gözlənildiyindən çox olarsa), hər oyunçu üçün ödənilən əmsal kəsirə vurulur. Bu kəsirdə "surət" – mükafat verilən yerlərin sayını tamamlamaq üçün (ödənilməsi) tələb olunan oyunçu sayı, “məxrəc” isə yarışı eyni zamanda və ya eyni yerdə tamamlamış oyunçuların sayıdır. Hər hansı bir yarışın ləğv edilməsi, başqa vaxta keçirilməsi və ya təxirə salınması halında bu mərclər ilə bağlı bütün proqnozlara bir (1,00) əmsalı verilir. İştirakçının proqnozlarına daxil edilmiş hər hansı bir oyunçunun (avtomobilin) yarışdan çıxması halında belə yarışdan çıxmış oyunçu (avtomobil) ilə əlaqədar bütün mərclər üçün bir (1,00) əmsalı verilir.

İştirakçıdan hər hansı bir “İndikar” avtomobil yarışında seçilən oyunçunun birinci yerə çıxıb- çıxmayacağını proqnoz etməkdən başqa seçilmiş oyunçunun birinci, ikinci və ya üçüncü olmasını proqnoz etmək tələb olunur. Riskin idarə edilməsi mərkəzi bu mərc növünün təşkil edilməsi üçün lazım olan oyunçuların (“İndikar” avtomobillərinin) sayını bütün mümkün üsullarla elan edir. Bununla yanaşı, Riskin idarə edilməsi mərkəzi mükafata haqq qazanan yerlərin sayını və “Winner/Qalib” (bu Qaydaların 10.9.1-ci yarımbəndi) mərc növündəki proqnozlara əsaslanaraq mərclərin hesablanma üsullarını müəyyən edir. Bu mərc növü "Bir “İndikar”" avtomobil yarışının qalibi” “Bir “İndikar” avtomobil yarışında bir oyunçunun birinci, ikinci və ya üçüncü yerləri tutması" (mərc növlərinin birləşməsidir. Başqa sözlə, iştirakçıdan iki mərc üçün ödəniş etmək tələb olunur: biri “Qalib” üçün, digəri isə “Yer” üçün.

Oyunçuların (avtomobillərin) yarışı hansı yerdə tamamlaması yarışı təşkil edən təşkilat tərəfindən elan edilmiş hesabata görə müəyyənləşdirilir. Oyunçuların (avtomobillərin) yarışı hansı yerdə bitirdiyi rəsmi şəkildə elan olunduqdan sonra edilən dəyişikliklər nəzərə alınmır. İki mərc növünün bir kombinasiya kimi istifadə edilməsi halında iştirakçının seçdiyi oyunçu qalib gələrsə, iştirakçı “Bir “İndikar” avtomobil yarışının qalibi” mərc növü üçün təyin edilmiş mükafatı, “Bir “İndikar” avtomobil yarışında bir oyunçunun birinci, ikinci, və ya üçüncü yeri tutması mərc növündə udduğu hallarda isə bu mərc üçün nəzərdə tutulmuş mükafatı alacaq. Bundan əlavə, iştirakçının seçdiyi oyunçu yarışı ikinci, ya da üçüncü olaraq bitirərsə, iştirakçı oyunçunun ikinci, və ya üçüncü olması ilə bağlı nəzərdə tutulmuş mükafatı alacaq. Bu mərc növündə birdən artıq oyunçu yarışı eyni zamanda və ya mükafat təyin edilmiş yerdə tamamlayarsa (mükafat qazanmış oyunçuların ümumi sayı gözlənildiyindən çox olarsa), hər oyunçu üçün hesablanan əmsal kəsirə vurulur. Bu kəsirdə “surət” – mükafat verilən yerlərin sayını tamamlamaq üçün (ödənilməsi) tələb olunan oyunçu sayı, "məxrəc" isə yarışı eyni zamanda və ya eyni yerdə tamamlamış oyunçuların sayıdır.
Hər hansı bir yarışın ləğv edilməsi, başqa vaxta keçirilməsi və ya təxirə salınması halında bu oyunlara oynanmış mərclərə bir (1,00) əmsalı verilir. İştirakçının proqnozlarına daxil edilmiş hər hansı oyunçunun (avtomobilin) yarışdan çıxması halında belə yarışdan çıxmış oyunçu ilə əlaqədar bütün mərclər üçün bir (1,00) əmsalı verilir. İştirakçıdan hər hansı bir “İndikar” avtomobil yarışında birinci və ikinci yerə çıxacaq oyunçuları (düzgün ardıcıllıqla) proqnoz etmək tələb olunur. Riskin idarə edilməsi mərkəzi bu mərc növünün təşkil edilməsi üçün lazım olan oyunçuların (“İndikar” avtomobillərinin) sayını bütün mümkün üsullarla elan edir. Oyunçuların (avtomobillərin) yarışı hansı yerdə tamamlaması yarışın təşkilatçısı tərəfindən elan edilmiş hesabata görə müəyyənləşdirilir. Oyunçuların (avtomobillərin) yarışı hansı yerdə bitirdiyi rəsmi şəkildə elan olunduqdan sonra edilən dəyişikliklər nəzərə alınmır. Eyni yeri birdən artıq oyunçu tutarsa, bu, birinci və ikinci oyunçu cütlüyünün yaranması ilə nəticələnir və hər bir cütlüyün mükafatları cütlərin ümumi sayına bölünür. Birinci yeri birdən artıq oyunçu tutarsa, qalib gəlmiş kombinasiya birinci yerləri bölüşdürən oyunçuların ümumi sayından seçilmiş hər hansı ikisini ehtiva edən ardıcıllığa bərabər olur. Yarışı ikinci bitirən birdən artıq oyunçunun olması halında qalib gələn kombinasiya birinci yeri tutmuş oyunçu ilə ikinci yerdə bitirmiş oyunçuları birləşdirən kombinasiya sayılır. Hər hansı bir yarışın ləğv edilməsi, başqa vaxta keçirilməsi və ya təxirə salınması halında, bu oyunlara oynanmış mərclərə bir (1,00) əmsalı verilir. İştirakçının proqnozlarına daxil edilmiş hər hansı oyunçunun (avtomobilin) yarışdan çıxması halında belə yarışdan çıxmış oyunçu (avtomobil) ilə əlaqədar bütün mərclər üçün bir (1,00) əmsalı verilir.

İştirakçıdan hər hansı bir “İndikar” avtomobil yarışında birinci, ikinci və üçüncü yerə çıxacaq oyunçuları (düzgün ardıcıllıqla) proqnoz etmək tələb olunur. Riskin idarə edilməsi mərkəzi bu mərc növünün təşkil edilməsi üçün lazım olan oyunçuların (“İndikar” avtomobillərinin) sayını bütün mümkün üsullarla elan edir. Oyunçuların (avtomobillərin) yarışı hansı yerdə tamamlaması yarışın təşkilatçısı tərəfindən elan edilmiş hesabata görə müəyyənləşdirilir. Oyunçuların (avtomobillərin) yarışı hansı yerdə bitirdiyi rəsmi şəkildə elan olunduqdan sonra edilən dəyişikliklər nəzərə alınmır. Bir yer üçün birdən çox oyunçunun olması halında, yarışı ilk üç yerdə bitirən oyunçuların toplam sayından hər hansı üçünü ehtiva edən permutasiya ədədi qədər qalib gələn ardıcıl üçlüklər əmələ gələcəkdir. Birdən çox qalib gəlmiş ardıcıl üçlüklərin olması halında hər biri ilə əlaqədar mərclər qalib gələn ardıcıl üçlüklərin toplam sayına bölünür. Hər hansı bir yarışın ləğv edilməsi, başqa vaxta keçirilməsi və ya təxirə salınması halında bu oyunlara oynanmış mərclərə bir (1,00) əmsalı verilir. İştirakçının proqnozlarına daxil edilmiş hər hansı oyunçunun (avtomobilin) yarışdan çıxması halında yarışdan çıxmış oyunçunun (avtomobilin) daxil olduğu kombinasiya bir proqnoz kimi təhlil ediləcək, yarışdan çıxmış oyunçunun (avtomobilin) daxil olmadığı kombinasiyalar isə qüvvədə qalacaq.

Tazı (ov itləri) yarışlarla bağlı qaydalar da müəyyənləşib. İştirakçıdan hər hansı bir tazı yarışının qalibini proqnoz etmək tələb olunur. Riskin idarə edilməsi mərkəzi mümkün olan hər hansı üsulla bu mərc növünün keçirilməsi üçün lazım olan iştirakçı sayını (tazıların sayını) elan edir. Oyunçuların (tazıların) yarışı hansı yerdə tamamlaması yarışın təşkilatçısı tərəfindən elan edilmiş hesabata görə müəyyənləşdirilir. Oyunçuların (tazıların) yarışı hansı yerdə bitirdiyi rəsmi şəkildə elan olunduqdan sonra edilən dəyişikliklər nəzərə alınmır. Birinci yerə birdən artıq oyunçu (tazı) qalib kimi çıxarsa, onların hər birinə oynanmış mərc oyunçuların (tazıların) sayına uyğun olaraq bölüşdürülür. Hər hansı bir yarışın ləğv edilməsi, başqa vaxta keçirilməsi və ya təxirə salınması halında bu yarışlara verilmiş proqnozlara bir (1,00) əmsalı verilir. İştirakçının proqnozlarına daxil edilmiş hər hansı bir oyunçunun (tazının) yarışdan çıxması halında belə yarışdan çıxmış oyunçu (tazı) ilə əlaqədar bütün mərclər üçün bir (1,00) əmsalı verilir.

İştirakçıdan hər hansı bir tazı yarışında birinci, ikinci və ya üçüncü yerləri tutacaq oyunçunu (tazını) müəyyən etmək tələb olunur. Proqramda başqa hal nəzərdə tutulmayıbsa, bu mərc növü, ümumiyyətlə, bu Qaydaların 10.10.1-ci yarımbəndində qeyd edilmiş "Qalib" kombinasiyası şəklində yerinə yetirilir. Riskin idarə edilməsi mərkəzi bu mərc növünün təşkil edilməsi üçün lazım olan minimum oyunçu sayını bütün mümkün üsullarla elan edir. Riskin idarə edilməsi mərkəzi ayrıca mükafat veriləcək yerlərin sayını və “Winner/Qalib” mərc növündəki proqnozlara əsaslanaraq mərclərin hesablanma üsullarını müəyyən edir. Oyunçuların (tazıların) yarışı hansı yerdə tamamlaması yarışın təşkilatçısı tərəfindən elan edilmiş hesabata görə müəyyənləşdirilir. Oyunçuların (tazıların) yarışı hansı yerdə bitirdiyi rəsmi şəkildə elan olunduqdan sonra edilən dəyişikliklər nəzərə alınmır. Bu mərc növündə birdən artıq oyunçu (tazı) yarışı eyni zamanda və ya mükafata haqq qazanan yerdə tamamlayarsa (mükafat qazanmış oyunçuların ümumi sayı gözlənildiyindən çox olarsa), hər oyunçu üçün ödənilən əmsal kəsirə vurulur. Bu kəsirdə “surət” – mükafat verilən yerlərin sayını tamamlamaq üçün (ödənilməsi) tələb olunan oyunçu sayı, "məxrəc" isə yarışı eyni zamanda və ya eyni yerdə tamamlamış oyunçuların sayıdır. Hər hansı bir yarışın ləğv edilməsi, başqa vaxta keçirilməsi və ya təxirə salınması halında bu mərclərlə bağlı bütün proqnozlara bir (1,00) əmsalı verilir. İştirakçının proqnozlarına daxil edilmiş hər hansı bir oyunçunun (tazının) yarışdan çıxması halında belə yarışdan çıxmış oyunçu (tazı) ilə əlaqədar bütün mərclər üçün bir (1,00) əmsalı verilir.

İştirakçıdan hər hansı bir tazı yarışında seçilən oyunçunun birinci yerə çıxıb-çıxmayacağını proqnoz etməkdən başqa seçilmiş oyunçunun birinci, ikinci və ya üçüncü olmasını proqnoz etmək tələb olunur. Riskin idarə edilməsi mərkəzi bu mərc növünün təşkil edilməsi üçün lazım olan oyunçuların (tazıların) sayını bütün mümkün üsullarla elan edir. Bununla yanaşı, Riskin idarə edilməsi mərkəzi mükafata haqq qazanan yerlərin sayını və “Winner/Qalib” mərc növündəki proqnozlara əsaslanaraq mərclərin hesablanma üsullarını müəyyən edir. Bu mərc növü "Bir tazı yarışının qalibi" (bu Qaydaların 10.10.1-ci yarımbəndi) “Bir tazı yarışında bir oyunçunun birinci, ikinci və ya üçüncü yerləri tutması” mərc növlərinin birləşməsidir. Başqa sözlə, iştirakçıdan iki mərc üçün ödəniş etmək tələb olunur: biri “Qalib” üçün, digəri isə “Yer” üçün.

Oyunçuların (tazıların) yarışı hansı yerdə tamamlaması yarışı təşkil edən təşkilat tərəfindən elan edilmiş hesabata görə müəyyənləşdirilir. Oyunçuların (tazıların) yarışı hansı yerdə bitirdiyi rəsmi şəkildə elan olunduqdan sonra edilən dəyişikliklər nəzərə alınmır. İki mərc növünün bir kombinasiya kimi istifadə edilməsi halında iştirakçının seçdiyi oyunçu qalib gələrsə, iştirakçı “Bir tazı yarışının qalibi” mərc növü üçün təyin edilmiş mükafatı, “tazı yarışında bir oyunçunun birinci, ikinci və ya üçüncü yeri tutması” mərc növündə udduğu hallarda isə bu mərc üçün nəzərdə tutulmuş mükafatı alacaq. Bundan əlavə, iştirakçının seçdiyi oyunçu yarışı ikinci, ya da üçüncü olaraq bitirərsə, iştirakçı oyunçunun ikinci və ya üçüncü olması ilə bağlı nəzərdə tutulmuş mükafatı alacaq. Bu mərc növündə birdən artıq oyunçu yarışı eyni zamanda və ya mükafat təyin edilmiş yerdə tamamlayarsa (mükafat qazanmış oyunçuların ümumi sayı gözlənildiyindən çox olarsa), hər oyunçu üçün hesablanan əmsal kəsirə vurulur. Bu kəsirdə “surət” – mükafat verilən yerlərin sayını tamamlamaq üçün (ödənilməsi) tələb olunan oyunçu sayı, "məxrəc" isə yarışı eyni zamanda və ya eyni yerdə tamamlamış oyunçuların sayıdır. Hər hansı bir yarışın ləğv edilməsi, başqa vaxta keçirilməsi və ya təxirə salınması halında bu oyunlara oynanmış mərclərə bir (1,00) əmsalı verilir. İştirakçının proqnozlarına daxil edilmiş hər hansı oyunçunun (tazının) yarışdan çıxması halında belə yarışdan çıxmış oyunçu ilə əlaqədar bütün mərclər üçün bir (1,00) əmsalı verilir.

İştirakçıdan hər hansı bir tazı yarışında birinci və ikinci yerə çıxacaq oyunçuları (düzgün ardıcıllıqla) proqnoz etmək tələb olunur. Riskin idarə edilməsi mərkəzi bu mərc növünün təşkil edilməsi üçün lazım olan oyunçuların (tazıların) sayını bütün mümkün üsullarla elan edir. Oyunçuların (tazıların) yarışı hansı yerdə tamamlaması yarışın təşkilatçısı tərəfindən elan edilmiş hesabata görə müəyyənləşdirilir. Oyunçuların (tazıların) yarışı hansı yerdə bitirdiyi rəsmi şəkildə elan olunduqdan sonra edilən dəyişikliklər nəzərə alınmır. Eyni yeri birdən artıq oyunçu tutarsa, bu, birinci və ikinci oyunçu cütlüyünün yaranması ilə nəticələnir və hər bir cütlüyün mükafatları cütlərin ümumi sayına bölünür. Birinci yeri birdən artıq oyunçu tutarsa, qalib gəlmiş kombinasiya birinci yerləri bölüşdürən oyunçuların ümumi sayından seçilmiş hər hansı ikisini ehtiva edən ardıcıllığa bərabər olur. Yarışı ikinci bitirən birdən artıq oyunçunun olması halında qalib gələn kombinasiya birinci yeri tutmuş oyunçu ilə ikinci yerdə bitirmiş oyunçuları birləşdirən kombinasiya sayılır. Hər hansı bir yarışın ləğv edilməsi, başqa vaxta keçirilməsi və ya təxirə salınması halında bu oyunlara oynanmış mərclərə bir (1,00) əmsalı verilir. İştirakçının proqnozlarına daxil edilmiş hər hansı oyunçunun (tazının) yarışdan çıxması halında belə yarışdan çıxmış oyunçu (tazı) ilə əlaqədar bütün mərclər üçün bir (1,00) əmsalı verilir.

İştirakçıdan hər hansı bir tazı yarışında birinci, ikinci və üçüncü yerə çıxacaq oyunçuları (düzgün ardıcıllıqla) proqnoz etmək tələb olunur. Riskin idarə edilməsi mərkəzi bu mərc növünün təşkil edilməsi üçün lazım olan oyunçuların (tazıların) sayını bütün mümkün üsullarla elan edir. Oyunçuların (tazıların) yarışı hansı yerdə tamamlaması yarışın təşkilatçısı tərəfindən elan edilmiş hesabata görə müəyyənləşdirilir. Oyunçuların (tazıların) yarışı hansı yerdə bitirdiyi rəsmi şəkildə elan olunduqdan sonra edilən dəyişikliklər nəzərə alınmır. Bir yer üçün birdən çox oyunçunun olması halında yarışı ilk üç yerdə bitirən oyunçuların toplam sayından hər hansı üçünü ehtiva edən permutasiya ədədi qədər qalib gələn ardıcıl üçlüklər əmələ gələcəkdir. Birdən çox qalib gəlmiş ardıcıl üçlüklərin olması halında hər biri ilə əlaqədar mərclər qalib gələn ardıcıl üçlüklərin toplam sayına bölünür. Hər hansı bir yarışın ləğv edilməsi, başqa vaxta keçirilməsi və ya təxirə salınması halında bu oyunlara oynanmış mərclərə bir (1,00) əmsalı verilir.

İştirakçının proqnozlarına daxil edilmiş hər hansı oyunçunun (tazının) yarışdan çıxması halında yarışdan çıxmış oyunçunun (tazının) daxil olduğu kombinasiya bir proqnoz kimi təhlil ediləcək, yarışdan çıxmış oyunçunun (tazının) daxil olmadığı kombinasiyalar isə qüvvədə qalacaq. Operator hər növ idman yarışı ilə əlaqədar yeni oyunlara proqnoz etməklə iştirakçıların mərc qoyuluşunu həyata keçirməsini təmin edir. oyunların şərtlərini Nazirliyin tabeliyindəki qurumla razılaşdıraraq bu barədə iştirakçıları KİV-lə (kütləvi informasiya vasitələri ilə) məlumatlandırır.

Son yazılar

To Top