“Qalatasaray” klubu daha bir ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, Felipe Melonun ardından Burak Yılmaz da qarşıdakı oyunda “Qalatasaray”a kömək edə bilməyəcək.
“Sivasspor”la oyunda əzələsini dartan futbolçunun müalicəsi davam edir. Həkimlər onun “Kayseri Ərciyəsspor”la görüşdə meydana çıxmasının riskli olacağını bildirərək oynamamasını məsləhət görüblər. Lakin Burakın superliqanın 23-cü turunda “Fənərbaxça” ilə önəmli matçda oynayacağı gözlənilir.
Qeyd edək ki, “Qalatasaray”ın yarımmüdafiəçisi Felipe Melo belindəki ağrılar səbəbindən dünən əməliyyat olunub.
