"Qalatasaray"ın baş məşqçisi Fatih Terimin kiçik qızı Busə Terim, dincəlmək üçün getdiyi bodrumda hücuma məruz qalıb.
Korner.az-ın məlumatına görə, Busə ayaqyolunda növbə gözləyərkən başqa bir xanımla mübahisə edib və nəticədə Fatih Terimin qızına sillə zərbəsi endirilib. Daha sonra kənardakı şəxslər hadisənin böyüməyinə imkan verməyib.
Busə daha sonra hadisəni oğlan dostlarına danışıb. Dostları Busəni vuran qızı döyüblər.
Tərəflər arasında barışıq olub.
