Unibank Premyer Liqasının 31-ci turu çərçivəsində səfərdə "Xəzər Lənkəran"la heç-heçə oynayan "Qəbələ" avroliqaya vəsiqə qazana bilməmişdi.
"Qəbələ"nin baş məşqçisi Fatih Kavlak Korner.az-a açıqlamasında klubunun avroliqaya vəsiqə qazana bilməməsini bu cür izah edib:
"Nəticədə bura çempionatdır. Bilirsiz Azərbaycan kubokunun finalına vəsiqə qazanan və Premyer Liqada ilk 3 pillədə qərarlaşan komandalar ancaq avroliqaya vəsiq qazana bilər. Ancaq təəssüflər olsun ki, nə Liqada ilk üçlüyə nə də kubokda final mərhələsinə yüksələ bilmədik. Birinci "altılıq"da 6 klub ən pis halda Premyer Liqanı üçüncü sırada bitirmək istəyir. Bu da əlbətdə mübarizəni çətinləşdirir belə olan halda avroliqaya vəsiqə qazana bilməyən klublardan biri də biz olduq."
Gələn tur çempion "Neftçi" ilə oynanılacaq qarşılaşmaya toxunan Kavlak qalib gəlmək istədiklərini də sözlərinə əlavə edib: "Hər zamankı kimi, meydana qalib gəlmək üçün çıxacağıq. Bu oyunda "Neftçi"ni udub güclü klub olduğumuzmu bir daha sübut etmək istəyirik.Bu oyuna tam heyətlə hazırıq. Düzdür onların qarşıda kubok oyunu var. Ancaq mənə elə gəlir ki, "Neftçi" son oyunda qalib gəlmək istiyəcək.
Hidayət
