Avroliqanın final oyununu idarə edəcək hakimlərin adları açıqlanıb.
Korner.az-ın məlumatına görə, İspaniyanın “Atletiko” ilə “Atletik” klubları arasında mayın 9-da Buxarestdə keçiriləcək həlledici matçı almaniyalı Volfqanq Ştarkın başçılıq etdiyi hakimlər idarə edəcək. Ona Yan-Hendriklə Maykl Pikel kömək edəcək. Qapılar arxasında Florian Mayerlə Dəniz Aytəkin olacaq. Dördüncü hakim Fransadan Stefan Lannua təyin olunub.