“Fənərbağça”nın Cengiz Ünder hədəfi
25.07.2023 , 16:08

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Fənərbağça” Cengiz Ünderlə yaxından maraqlanır.
Korner.az xəbər verir ki, “Marsel”lə ilk təması quran rəhbərlik qısa zamanda rəsmi təklifini göndərəcək.
Ötən mövsüm “Marsel”in heyətində 46 matçda iştirak edən Cengiz Ünder 5 qol vurub, 6 məhsuldar ötürmə edib.
“Fənərbağça”nın siyahısında Cengiz Ünderlə yanaşı Adama Traore və Karl Toko Ekambi də var.
